Sumqayıt Dövlət Universitetində “Ali təhsil müəssisələrinin innovasiya mərkəzinə çevrilməsi” layihəsinin açılış mərasimi keçirilib
Sumqayıt Dövlət Universitetində Koreya "Eximbank", Asiya İnkişaf Bankı (AİB), "Ars Praxia", Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (KAIST), Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Sumqayıt Dövlət Universitetinin (SDU) nümayəndələrinin iştirakı ilə Asiya İnkişaf Bankı – Koreya Respublikası "Birgə Məsləhətçi Bilik Mübadiləsi Proqramı" (KSP) çərçivəsində icra olunan “Ali təhsil müəssisələrinin innovasiya mərkəzinə çevrilməsi – Sumqayıt Dövlət Universiteti nümunəsində” layihəsinin açılış mərasimi keçirilib.
İcra Hakimiyyətindən Sizinxeber.az-ya verilən məlumata görə, tədbiri SDU-nun rektoru vəzifəsini icra edən professor Əminağa Sadıqov, Koreya "Eximbank"ın baş direktoru Hvanvu Kim və AİB-nin Azərbaycan üzrə direktoru Sunniya Durrani-Camal giriş sözləri ilə açaraq keçirilən layihənin SDU və Azərbaycanda fəaliyyət göstərən digər ali təhsil müəssisələri üçün əhəmiyyətini vurğulayıblar. Daha sonra Koreya "Eximbank"ın baş məsləhətçisi Ceongah Seo KSP barədə, AİB-nin baş layihə məsləhətçisi Səbinə Yusifova isə "Ali təhsildə innovasiyanın inkişafı: AİB və Koreya Respublikasının Azərbaycana dəstəyi" mövzusunda təqdimat edib. Bundan əlavə, KAIST-in professoru Seung Hun Han "KSP-AİB Azərbaycan layihəsinin SDU-ya yönəlmiş icra planı" mövzusunda danışıb. Sonda SDU-nun rektoru vəzifəsini icra edən Əminağa Sadıqov, Koreya "Eximbank"ın baş direktoru Hvanvu Kim və AİB-nin ölkə üzrə direktoru Sunniya Durrani-Camal dəstək memorandumunu imzalayıblar. Qeyd edək ki, layihə çərçivəsində SDU-ya fokuslanaraq Azərbaycanın ali təhsil müəssisələrinin tədris və tədqiqat fəaliyyətlərinin keyfiyyətinin yüksəldilməsi, universitet-sənaye əməkdaşlığının gücləndirilməsi və sahibkarlıq proqramlarının inkişaf etdirilməsi üçün onların potensialının artırılması nəzərdə tutulur. Bu təşəbbüs çərçivəsində Koreya universitetlərinin uğurlu təcrübəsindən istifadə olunacaq.
Oxşar xəbərlər
Üç kollecə direktor təyin edilib
47 əcnəbi tələbə Azərbaycanda təhsil alacaq
Azərbaycanda daha 5 ali məktəb publik hüquqi şəxsə çevrilərək yenidən təşkil ediləcək
Bakıda qlobal ali təhsil gündəliyində iqlim dəyişikliyinə dair beynəlxalq forum keçirilib - FOTO
“Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan edilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
"Fars": Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir
-
DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar
