Baş prokurorun müavini: Bu il ekoloji hüquqpozmalarla bağlı 84 cinayət işi başlanıb
2024-cü ilin cari dövrünədək ekoloji hüquqpozmalarla bağlı 84 cinayət işi başlanıb.
"Sizinxeber.az" xəbər verir ki, bunu Baş prokurorun müavini Heydər Məmmədov "Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi" mövzusunda elmi-praktiki konfransda deyib.
"Bu il ekoloji hüquqpozmalarla bağlı 1 milyon 310 min 340 manat maddi ziyanın ödənilməsi təmin edilib", - deyə Heydər Məmmədov əlavə edib.
Ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin hüquqi vasitələrlə təmin olunması sahəsində Azərbaycan Prokurorluğu tərəfindən görülən sistematik tədbirlərdən bəhs edən Baş prokurorun müavini ətraf mühitin qorunması, ekologiyanın bərpası sahəsində Baş Prokurorluq tərəfindən qəbul edilmiş “Cərimə Parkı - Təbiətin qisası” konsepsiyası barədə məlumat verib.
Oxşar xəbərlər
Bu il ekoloji hüquqpozmalarla bağlı 84 cinayət işi başlanıb
Naxçıvanda "Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi" mövzusunda konfrans keçirilir
Kamran Əliyev: COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin tarixinə qızıl hərflərlə yazılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
