David Manukyan məhkəmədə Azərbaycan ərazilərinin işğalında xarici ölkələrdən gələn şəxslərin iştirak etdiyini təsdiqləyib
sizinxeber.az xəbər saytı

David Manukyan məhkəmədə Azərbaycan ərazilərinin işğalında xarici ölkələrdən gələn şəxslərin iştirak etdiyini təsdiqləyib


Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Azərbaycan ərazilərinin işğalı zamanı Ermənistanın təşəbbüsü ilə yaradılan “Şuşa əlahiddə taboru”nun tərkibində xarici ölkələrdən gələn şəxslərin iştirakını ifşa edən videomaterial tədqiq olunub.

APA xəbər verir ki, kadrlarda bildirilir ki, dünyanın müxtəlif yerlərindən – ABŞ-dan, Kanadadan, Suriyadan, Ermənistandan gələn 210-dan artıq daşnak və könüllü tərəfindən 1991-ci il noyabrın 5-də “Şuşa əlahiddə taboru” yaradılıb.

Videomaterialda deyilir ki, “Qarabağın azad edilməsi” döyüşlərində iştirak edən təxminən 100 diaspor ermənisindən 65 nəfəri bu taborun döyüşçüsü olub.

Videogörüntülərdə özünün olduğunu təsdiq edən təqsirləndirilən şəxs David Manukyan Şuşa taborunun tərkibində Ağdərədə və Kəlbəcərdə aparılan döyüş əməliyyatlarında iştirak etdiyini bildirib.

D.Manukyan dövlət ittihamçısının suallarına cavabında iddia edib ki, Şuşa taborunun tərkibində muzdlular olmayıb, amma xarici ölkələrdən gələn şəxslər iştirak edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Oxşar xəbərlər

Məhkəmədə Şuşanın işğalında Levon Mnatsakanyanın da iştirak etməsini əks etdirən videomaterial nümayiş olunub
Levon Mnatsakanyan Azərbaycan ərazilərinin işğalında iştirak etdiyini məhkəmədə təsdiqləyib
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın Azərbaycan ərazilərinin işğalında iştirakını ifşa edən material nümayiş olunub
Serj Sarkisyanın etirafı: Şuşa əməliyyatında Robert Köçəryan özü də iştirak edirdi
Məhkəmədə nümayiş olunan videomaterialda David İşxanyan Qarabağın Ermənistana birləşdirilməsini əsas məqsəd adlandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle