Levon Mnatsakanyan Azərbaycan ərazilərinin işğalında iştirak etdiyini məhkəmədə təsdiqləyib
sizinxeber.az xəbər saytı

Levon Mnatsakanyan Azərbaycan ərazilərinin işğalında iştirak etdiyini məhkəmədə təsdiqləyib


Levon Mnatsakanyan Azərbaycanın suveren ərazilərinin işğalında iştirak etdiyini təsdiqləyib

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində dindirilən təqsirləndirilən şəxs Levon Mnatsakanyan Azərbaycanın suveren ərazilərinin işğalında iştirak etdiyini təsdiqləyib.

APA xəbər verir ki, L.Mnatsakanyan müxtəlif illər qondarma qurumda tabor komandiri, diviziya komandiri və artilleriya rəisi olduğunu bildirib.

Mnatsakanyanın Ağdam, Cəbrayıl, Ağdərə, Füzuli və digər ərazilərdə aparılan döyüş əməliyyatlarında iştirakı

Dövlət ittihamçılarının suallarını cavablandıran təqsirləndirilən şəxs Samvel Karapetyanın rəhbərlik etdiyi hərbi hissənin tərkibində Azərbaycanın suveren ərazilərinin işğalında iştirak etdiyini etiraf edərək deyib: “Ağdamda, Cəbrayıl, Ağdərədə, Füzulidə və digər ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmişəm”.

Ermənistan vətəndaşlarının müharibə cinayətlərinə dair məhkəmə prosesi davam edir

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Oxşar xəbərlər

Levon Mnatsakanyan məhkəmədə Azərbaycanın suveren ərazilərinin işğalında iştirak etdiyini təsdiqləyib
Məhkəmədə Şuşanın işğalında Levon Mnatsakanyanın da iştirak etməsini əks etdirən videomaterial nümayiş olunub
David Manukyan məhkəmədə Azərbaycan ərazilərinin işğalında xarici ölkələrdən gələn şəxslərin iştirak etdiyini təsdiqləyib
Bako Sahakyan Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib
Levon Mnatsakanyan: Ermənistanın baş naziri bizə kiminləsə danışmağı qadağan etmişdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle