Kamran Əliyev: Maddi-texniki bazanın gücləndirilməsi xidmətlərin səviyyəsini yüksəldir
Prokurorluq orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulması, maddi-texniki bazasının gücləndirilməsi və əməkdaşlar üçün hərtərəfli şəraitin yaradılması dövlətimizin hüquq-mühafizə sisteminə verdiyi önəmin təzahürüdür.
Sizinxeber.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev bu gün Pirallahı rayon prokurorluğunun yeni inzibati binasının açılış mərasimində deyib.
O, bildirib ki, bu yüksək diqqət və qayğı nəticəsində vətəndaşlara göstərilən hüquqi xidmətlərin səviyyəsi yüksəlir, ictimai etimad daha da möhkəmlənir:
“İstifadəyə verilən yeni inzibati bina isə həm vətəndaş məmnunluğunun artırılmasına, həm də prokurorluq əməkdaşlarının peşəkarlığının yüksəldilməsinə xidmət edəcək”.
Baş prokuror bildirib ki, harada qanunsuzluq faktı varsa, prokurorluq əməkdaşlarının o barədə məlumatı olmaldır və həmin qanunsuzluğu araşdırmalıdır: "Ədalətli qərar verilməlidir. Hər kəs dövlət maraqları üçün çalışmalıdır".
Oxşar xəbərlər
Pirallahı rayon prokurorluğunun yeni binasının açılışı olub
Kamran Əliyev: Maddi-texniki bazanın gücləndirilməsi göstərilən hüquqi xidmətlərin səviyyəsini yüksəldir
Kamran Əliyev Kürdəmirdə prokurorluğun yeni binasının açılışında iştirak edib
Kamran Əliyev Kürdəmirdə prokurorluğun yeni binasının açılışında iştirak edib - FOTO
Baş prokuror Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













