Pirallahı rayon prokurorluğunun yeni binasının açılışı olub
sizinxeber.az xəbər saytı

Pirallahı rayon prokurorluğunun yeni binasının açılışı olub


Bu gün Baş prokuror Kamran Əliyevin iştirakı ilə Pirallahı rayon prokurorluğunun yeni inzibati binasının açılış mərasimi keçirilib.

Sizinxeber.az xəbər verir ki, tədbirdə Baş Prokurorluğun rəhbər şəxsləri, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, hüquq-mühafizə orqanlarının nümayəndələri və digər rəsmi qonaqlar iştirak edib.

Öncə inzibati binada yerləşən Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunub.

Sonra iştirakçılar yeni inzibati binada yaradılan müasir iş şəraiti, vətəndaşların qəbulu üçün nəzərdə tutulmuş rahat və funksional infrastrukturla tanış olub.

Baş prokuror Kamran Əliyev çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar çərçivəsində prokurorluq orqanlarına göstərilən yüksək diqqət və qayğı, hüquq-mühafizə sisteminin inkişafı istiqamətində atılan mühüm addımların bariz nümunəsidir. Yeni inzibati binanın istifadəyə verilməsi də məhz dövlətimizin başçısının bu sahəyə olan xüsusi münasibətinin və dəstəyinin nəticəsidir.

Qeyd edilib ki, prokurorluq orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulması, maddi-texniki bazasının gücləndirilməsi və əməkdaşlar üçün hərtərəfli şəraitin yaradılması dövlətimizin hüquq-mühafizə sisteminə verdiyi önəmin təzahürüdür. Məhz bu yüksək diqqət və qayğı nəticəsində vətəndaşlara göstərilən hüquqi xidmətlərin səviyyəsi yüksəlir, ictimai etimad daha da möhkəmlənir. İstifadəyə verilən yeni inzibati bina isə həm vətəndaş məmnunluğunun artırılmasına, həm də prokurorluq əməkdaşlarının peşəkarlığının yüksəldilməsinə xidmət edəcək.

Sonda Baş prokuror Kamran Əliyev kollektivi yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Oxşar xəbərlər

Kamran Əliyev Kürdəmirdə prokurorluğun yeni binasının açılışında iştirak edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kamran Əliyev Kürdəmirdə prokurorluğun yeni binasının açılışında iştirak edib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kamran Əliyev: Maddi-texniki bazanın gücləndirilməsi xidmətlərin səviyyəsini yüksəldir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş prokuror Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər