Baş prokuror Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcək
sizinxeber.az xəbər saytı

Baş prokuror Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcək


Baş prokuror Kamran Əliyev paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edəcək.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.

Prezident İlham Əliyevin tapşırığı və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun və hüquqlarının qorunmasının təmin edilməsi, həmçinin bu sahədə səmərəliliyin artırılması məqsədilə Baş prokuror Kamran Əliyev aprelin 22-də saat 10:00-da Sabunçu rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşların qəbulunu keçirəcək.

Vətəndaşlar qəbulla bağlı Sabunçu rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Oxşar xəbərlər

Kamran Əliyev Xətai rayonunda vətəndaşları qəbul edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kamran Əliyev Qaradağ rayonunda qəbul keçirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş prokuror Qaradağda vətəndaşları qəbul edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş prokuror Suraxanı rayonunda vətəndaşları qəbul edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər