Kamran Əliyev Kürdəmirdə prokurorluğun yeni binasının açılışında iştirak edib
Fevralın 7-də Kürdəmir rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verilib.
APA xəbər verir ki, açılış mərasimində Baş prokuroru Kamran Əliyev iştirak edib.
Baş prokurorluğun rəhbərliyinin də iştirak etdiyi tədbirə, həmçinin digər dövlət və hüquq mühafizə orqanlarının əməkdaşları qatılıb.
Əvvəlcə Baş prokuror Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini, daha sonra yeni inzibati binanın foyesində ulu öndər Heydər Əliyevin büstünü ziyarət edib.
Baş prokuror Kamran Əliyev qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən hüquq islahatları və hərtərəfli dövlət dəstəyi nəticəsində milli prokurorluq orqanlarının bu gün dünya standartlarına uyğun fəaliyyəti təşkil olunub.
Qeyd edilib ki, cəmiyyətdə özünəməxsus yer tutmaqla konstitusion statusa malik prokurorluq orqanları dövlət idarəetməsində mühüm əhəmiyyət daşıyır.
Vurğulanıb ki, “Konstitusiya və Suverenlik İli”-ndə prokurorluq orqanlarının yeni inzibati binasının istifadəyə verilməsi əlamətdar hadisədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi daimi diqqət və qayğıdan bəhs edən Baş prokuror dövlətə və dövlətçiliyə sadiq olan prokurorluq orqanlarının fəaliyyətində qanunçuluğu rəhbər tutduğunu qeyd edib.
Kamran Əliyev prokurorluq orqanlarında aparılan kompleks islahatlar və sağlam iş mühitinin formalaşdırılması məqsədilə görülən məqsədyönlü tədbirlərdən söz açıb.
Yeni binanın istifadəyə verilməsini prokurorluq əməkdaşlarının əməyinə verilən yüksək qiymət kimi dəyərləndirən Baş prokuror Azərbaycan dövlətinin inkişafı naminə bundan sonra da böyük səylə çalışacaqlarını bildirərək kollektivə uğurlar arzu edib.
Tədbir zamanı, həmçinin, Kürdəmir rayon icra hakimiyyətinin başçısı Elxan İbrahimov çıxış edərək, yeni inzibati binanın təhvil verilməsi münasibətilə prokurorluq əməkdaşlarını təbrik edərək onlara uğurlar arzulayıb.
Kürdəmir rayon prokuroru Tural İbrahimov çıxış edərək, göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib, insan hüquq və azadlıqlarının müdafiəsi naminə rayon prokurorluğunun əməkdaşları ilə birgə yorulmaz fəaliyyət göstərəcəklərini qeyd edib.
Daha sonra iştirakçılar Kürdəmir rayon prokurorluğu üçün yeni tikilmiş binada yaradılan şəraitlə tanış olub.
Baş prokuror prokurorluq orqanlarının istifadəsinə verilmiş, müasir standartlara cavab verən və kriminalistik avadanlıqlarla təchiz olunmuş xidməti avtomobillərə baxış keçirib.
Sonda xatirə fotoşəkli çəkilib.
Oxşar xəbərlər
Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş prokuror Sumqayıtda vətəndaşları qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş prokuror Naxçıvanda vətəndaşları qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş prokuror Gəncədə vətəndaşları qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kamran Əliyev Qaradağ rayonunda qəbul keçirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












