Yalçın Rəfiyev: Azərbaycan donor ölkəsi kimi tanınır
"Azərbaycan Respublikası beynəlxalq ictimaiyyət tərəfindən artıq yeni donor ölkəsi kimi tanınmaqdadır".
APA xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev "Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi" forumunda çıxışı zamanı deyib:
"Xarici siyasət hədəflərimizə uyğun olaraq, dünya birliyinin məsuliyyətli, etibarlı və tərəqqipərvər üzvü kimi Azərbaycan Respublikası tərəfindən beynəlxalq yardım fəaliyyəti uğurla həyata keçirilməkdədir. Sistemli və məqsədyönlü şəkildə aparılmış uğurlu daxili və xarici siyasət nəticəsində əldə edilmiş əsaslı siyasi və iqtisadi inkişaf beynəlxalq miqyasda Azərbaycana olan marağı artırıb, xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yardımın göstərilməsi ilə bağlı ölkəmizə daxil olan müraciətlərin sayının artmasına səbəb olub. Qoşulmama Hərəkatına sədrliyimiz, COVID-19 və hazırda davam etməkdə olan COP29 sədrliyimiz çərçivəsində son illərdə xüsusilə inkişaf edən sözügedən donorluq fəaliyyəti xalqımızın əsrlərdən gələn xeyirxahlıq ənənələri ilə uzlaşır".
"Ölkəmiz tərəfindən indiyədək 140-dan çox xarici dövlətə, o cümlədən Qoşulmama Hərəkatının 100-dən artıq, İƏT-in 50-yə yaxın üzvünə, 46 ən az inkişaf etmiş ölkədən 43-nə, Afrikanın demək olar bütün ölkələrinə, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) yarıdan çoxuna humanitar, maliyyə və texniki yardımlar göstərilib", deyə - nazir müavini qeyd edib.
Oxşar xəbərlər
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında siyasi məsləhətləşmələr keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xarici işlər nazirinin müavini 5-ci Xəzər Biznes Forumunda çıxış edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yalçın Rəfiyev: Müzakirələrdə dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində maliyyələşdirmənin rolu vurğulanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xarici işlər nazirinin müavini Mərakeşdə səfərdə olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xarici işlər nazirinin müavini belaruslu həmkarı ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












