DSX və ETSN Zəfər Günü və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş ağacəkmə aksiyası keçirib
Dövlət Sərhəd Xidmətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Atçılıq Fedarasiyasının birgə təşkilatçılığı ilə Vətən müharibəsinin 4-cü ildönümü, “Yaşıl dünya naminə həmrəylik ili” və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının ölkəmizdə keçiriləcək 29-cu sessiyasına (COP29) töhfə vermək məqsədilə ağacəkmə aksiyası keçirilib.
Bu barədə Sizinxeber.az-ya DSX-nın Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman vətən övladlarının əziz xatirəsinə hörmət və ehtiram əlaməti olaraq “Yaşıl dünyanı birlikdə quraq!” şuarı altında sözügedən qurumların əməkdaşlarının və ekokönüllülərin iştirakı ilə Binə Atçılıq Mərkəzinin ərazisində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun simvolik olaraq 2914 ədəd Eldar şamı ağacı əkilib.
Zəfər Günü ərəfəsində keçirilən ağacəkmə aksiyası yüksək bayram əhval-ruhiyyə ilə başa çatıb.
Oxşar xəbərlər
FHN “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti dəfə ağacəkmə aksiyası keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda ağacəkmə aksiyası keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda ağacəkmə aksiyası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Texniki təhlükəsizliyin “Yaşıl” inkişafı” adlı elmi-praktiki konfrans keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












