Bakıda ağacəkmə aksiyası keçirilib - FOTO
Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərancamının icrası ilə əlaqədar oktyabrın 19-da Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxtın Pirallahı qəsəbəsində yol kənarında ağacəkmə aksiyası keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, paytaxtda yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlərə töhfə olaraq Bakı şəhərində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun ağac və kolların əkilməsi işləri aparılır.
Bu gün keçirilən aksiya çərçivəsində icra qurumlarının əməkdaşları tərəfindən iqlim şəraitinə uyğun olaraq seçilmiş Eldar şamları əkilib.
Qeyd edilməlidir ki, aksiya Bakı şəhərinin bütün rayonlarında keçirilir və mövsüm ərzində paytaxtda yeni ağac, kol və güllərin əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlər davam etdiriləcək.
Oxşar xəbərlər
Anım Günü ilə əlaqədar paytaxtda ağacəkmə aksiyası keçirilib
Paytaxtda ağacəkmə aksiyası keçirilib
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkə ərazisində 1 milyon 611 min ağac əkiləcək
Prokurorluq əməkdaşları ağacəkmə kampaniyası keçirib - FOTO
ADY və Bakı Şəhər İcra Hakimiyyəti dəmir yollarının təhkim zolaqlarını tullantılardan təmizləyib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













