“Texniki təhlükəsizliyin “Yaşıl” inkişafı” adlı elmi-praktiki konfrans keçirilib
Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiyasının birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Texniki təhlükəsizliyin “Yaşıl” inkişafı” adlı elmi-praktiki konfrans keçirilib.
FHN-dən Sizinxeber.az-ya verilən məlumata görə, konfransda Nazirliyin Aparatı və strukturuna daxil olan qurumlarının, eləcə də ölkəmizdə fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrinin məsul əməkdaşları, həmçinin COP29 Azərbaycan Əməliyyat Şirkəti və “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndələri iştirak ediblər.
Tədbirdə qlobal xarakter alan iqlim dəyişmələrinə qarşı mübarizəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsinin vacibliyi, bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən elan olunmuş 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-ci Sessiyasının əhəmiyyəti vurğulanıb.
Elmi-praktiki konfransın gedişatında təqdim olunan elmi məqalələr və məruzələr böyük maraq doğurub, texniki təhlükəsizliyin aktual aspektlərini əhatə edən məsələlər geniş müzakirə olunub və bu sahədə “yaşıl” inkişafa nail olunmasına dair təkliflər səsləndirilib.
Yekunda konfransda çıxış edən məruzəçilərə sertifikatlar təqdim olunub.
Qeyd edilib ki, konfransda toplanan elmi məqalələr Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunnun “PROHIS” jurnalında dərc olunacaq.
Oxşar xəbərlər
FHN Gəncə şəhərində seminar-müşavirə keçirib - FOTO
Təhlükəsizlik tələblərinə cavab verməyən liftin istismarı dayandırılıb - VİDEO
Bakıda təhlükəsizlik tələblərinə cavab verməyən liftin fəaliyyəti dayandırılıb - VİDEO
Bakıda Kibertəhlükəsizliklə bağlı beynəlxalq konfrans keçiriləcək
Doktoranturalar yaradılan elmi müəssisə və təşkilatların siyahısı dəyişib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?
-
Futbol üzrə Azərbaycan Kubokunda ilk 1/4 finalçı müəyyənləşib
-
UNEC-də Beynəlxalq Əlilliyi olan şəxslər gününə həsr edilmiş tədbir keçirilib
-
Sumqayıtda 91 yaşlı qadın 9-cu mərtəbədən yıxılaraq ölüb
-
Azərbaycanda mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır
-
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.12.2024)