Xırdalanda evdə bağlı qapı arxasında qalan azyaşlı FHN tərəfindən xilas edilib  - VİDEO
sizinxeber.az xəbər saytı

Xırdalanda evdə bağlı qapı arxasında qalan azyaşlı FHN tərəfindən xilas edilib - VİDEO


Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində azyaşlının evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Sizinxeber.az FHN-nə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onaltımərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olub və 2022-ci il təvəllüdlü azyaşlını yatmış vəziyyətdə aşkar edərək valideynlərinə təhvil veriblər.

Oxşar xəbərlər

Xırdalanda köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib - VİDEO
Bakıda bağlı qapı arxasında qalan vətəndaş xilas edilib - VİDEO
FHN xilasetmə əməliyyatı görüntüləri yayıb - VİDEO
Bakıda mənzildə köməksiz qalan 2 azyaşlı xilas olunub - VİDEO
Tovuzda bağlı qapı arxasında qalan yaşlı qadın xilas edilib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər