"Sabah" cari mövsüm Premyer Liqadakı son oyununda qələbə qazanıb
sizinxeber.az xəbər saytı

"Sabah" cari mövsüm Premyer Liqadakı son oyununda qələbə qazanıb


"Sabah" komandası cari mövsüm Misli Premyer Liqasında sonuncu oyununu keçirib.

"Report"un məlumatına görə, Masazır təmsilçisi XXXIII turda "Turan Tovuz"la üz-üzə gəlib.

Qarşılaşma "bayquşlar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ölkə çempionunun heyətində Aron Maluda (15) və Xəyal Əliyev (64) fərqləniblər.

Qərb təmsilçisində isə Ayxan Hüseynov (86) diqqət mərkəzinə düşüb.

Turnir cədvəlinin lideri "Sabah" xallarının sayını 78-ə çatdırıb. Üçüncü sıradakı "Turan Tovuz" 59 xalda qalıb.

Günün ikinci görüşündə "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında tura mayın 24-də yekun vurulacaq. Ötən gün "Qəbələ" "Şamaxı"nı 3:1 hesabı ilə üstələyib.

Oxşar xəbərlər

Azərbaycan Premyer Liqası: "Sabah" və "Qarabağ" cari mövsümdə sonuncu oyunlarını keçirəcəklər
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a uduzub
"Sabah" Premyer Liqada növbəti qələbəsini qazanıb
Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub
Premyer Liqa: "Sabah" 10 nəfərlə "Qarabağ"ı məğlub edərək çempionluğa yaxınlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər