Azərbaycan Somali ilə enerji sektorunda Birgə İşçi Qrupu yaratmağı müzakirə edib - YENİLƏNİB
Azərbaycan və Somali arasında enerji sektorunda Birgə İşçi Qrupu yaradılması müzakirə edilib.
"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr Türkiyədə "İstanbul Təbii Sərvətlər Zirvəsi" çərçivəsində energetika naziri Pərviz Şahbazovla Somalinin neft və mineral ehtiyatlar naziri Dahir Shire Mohamed arasında keçirilən görüşdə aparılıb.
Görüşdə iki ölkə arasında neft və qaz sahələrində mövcud Anlaşma Memorandumunun icrası və Birgə İşçi Qrupunun təşkilindən irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Somalinin karbohidrogen ehtiyatları, Türkiyənin TPAO şirkəti ilə əməkdaşlığın cari vəziyyəti barədə məlumat verilib. Azərbaycanla potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib. Həmçinin Somalidən olan tələbələrin Azərbaycanda neft-qaz ixtisası üzrə təhsil almaları məsələsinə toxunulub.
Söhbət zamanı Somali tərəfi "Bakı Enerji Həftəsi"nə dəvət edilib.
Azərbaycan və Somali arasında enerji sektorunda Birgə İşçi Qrupu yaradılması müzakirə edilib.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Türkiyədə "İstanbul Təbii Sərvətlər Zirvəsi" çərçivəsində Somalinin neft və mineral ehtiyatlar naziri Dahir Shire Mohamed ilə görüşdük. İki ölkə arasında neft-qaz sahələrində imzalanmış Anlaşma Memorandumunun icrası, Birgə İşçi Qrupunun təşkil edilməsi ilə bağlı məsələləri nəzərdən keçirdik, potensial əməkdaşlıq imkanlarını dəyərləndirdik", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan Somali ilə enerji sektorunda Birgə İşçi Qrupu yaratmağı müzakirə edib
Gələn il Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun növbəti iclası keçiriləcək
Azərbaycan Bolqarıstanla bu ölkənin qazlaşdırılmasını müzakirə edib - YENİLƏNİB
Azərbaycanla Somali neft-qaz sahəsində əməkdaşlığa dair sənəd imzalayıb
İqamətgahı Ankarada olan Somalinin Azərbaycandakı səfiri əməkdaşlıq məsələlərini müzakirə üçün Bakıya səfər edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
