Premyer Liqaya vəsiqə uğrunda oyun: "Qəbələ"nin pley-offdakı rəqibi müəyyənləşib
sizinxeber.az xəbər saytı

Premyer Liqaya vəsiqə uğrunda oyun: "Qəbələ"nin pley-offdakı rəqibi müəyyənləşib


Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off mərhələsinin ikinci iştirakçısı müəyyənləşib.

"Sizinxeber.az"un məlumatına görə, I Liqanın sonuncu - XXVII turunda "Səbail"i məğlub edən "Mingəçevir" "Qəbələ"yə rəqib olub.

Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında keçirilən oyun ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb

Bu nəticədən sonra xallarının sayını 51-ə çatdıran "Mingəçevir" turnir cədvəlində ikinci sıraya yüksəlib və adını pley-offa yazdırıb.

"Səbail" isə mövsümü 50 xalla üçüncü pillədə başa vurub.

Beləliklə, I Liqada ikinci yeri tutan bölgə təmsilçisi Misli Premyer Liqasında 11-ci sırada yer alan "Qəbələ" ilə pley-off maçında üz-üzə gələcək.

Oxşar xəbərlər

Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off mərhələsinin ikinci iştirakçısı müəyyənləşəcək
Premyer Liqanın XIII turunda daha bir oyun keçirilib
Premyer Liqa: “Zirə” səfərdə “Səbail”i məğlub edib
Premyer Liqa: "Qəbələ"yə qalib gələn "Neftçi" turnir cədvəlində irəliləyib
Premyer Liqa: "Neftçi" "Qəbələ"ni məğlub edərək ikinci pilləyə yüksəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər