Tovuzda bağlı qapı arxasında qalan yaşlı qadın xilas edilib - FOTO
Tovuzda 90 yaşlı qadın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə Tovuz şəhərinin Xəqani küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan 1934-cü il təvəllüdlü Zərnə Məmmədovanın evdə ürəyi tutub, yıxılıb.
Qonşular yaşlı qadından xəbər olmadığı üçün Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə məlumat veriblər. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə əraziyə cəlb olunublar. Xilasedicilər xüsusi vasitələrin köməyi ilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə daxil olublar, 1934-cü il təvəllüdlü qadını halsız vəziyyətdə aşkar edərək ona müvafiq köməklik göstərib və təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Oxşar xəbərlər
FHN: Sumqayıtda köməksiz vəziyyətdə qalmış vətəndaş xilas edilib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
