Xırdalanda köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib - VİDEO
sizinxeber.az xəbər saytı

Xırdalanda köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib - VİDEO


Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində azyaşlının evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA Nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onbirmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalmış 2019-cu il təvəllüdlü azyaşlını xilas ediblər.

Oxşar xəbərlər

Bakıda bağlı qapı arxasında qalan vətəndaş xilas edilib - VİDEO
FHN xilasetmə əməliyyatı görüntüləri yayıb - VİDEO
Bakıda evdə meyit tapılıb
Bakıda mənzildə köməksiz vəziyyətdə qalan 3 nəfər xilas edilib
Liftdə köməksiz qalan 1 nəfər xilas edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər