Azər Məmmədov Ağstafada vətəndaşları qəbul edib
sizinxeber.az xəbər saytı

Azər Məmmədov Ağstafada vətəndaşları qəbul edib


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Ağstafa rayonunda baş tutub.

"Report" "Azəriqaz"a istinadən xəbər verir ki, Birlik rəhbəri Ağstafa, Qazax və Tovuz rayonlarından qəbula gələn vətəndaşların müraciət və şikayətlərini dinləyib.

Qəbula gələnlərin müraciətləri əsasən qaz xəttinin yerinin dəyişdirilməsi, mühafizə zonasına dair rəyin verilməsi, yeni yaşayış massivinə küçə qaz xəttinin çəkilməsi, işə qəbul və iş yerinin dəyişdirilməsi ilə bağlı olub. Baş direktor hər bir müraciətlə bağlı ətraflı məlumat verib.

Bir sıra məsələlərin isə yerində baxılması və araşdırılması üçün Şəmkir Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Oxşar xəbərlər

"Azəriqaz"ın baş direktoru Cəlilabadda vətəndaşları qəbul edib
Azər Məmmədov Kürdəmirdə vətəndaşları qəbul edəcək
"Azəriqaz"ın rəhbəri Şabranda vətəndaşları qəbul edəcək
“Azəriqaz”ın baş direktoru Cəlilabadda vətəndaşları qəbul edəcək
Azər Məmmədov Laçında vətəndaşları qəbul edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər