Qubada regional biznesin inkişafı və rəqəmsallaşmaya dair sammit keçirilib
sizinxeber.az xəbər saytı

Qubada regional biznesin inkişafı və rəqəmsallaşmaya dair sammit keçirilib


Qubada regional biznesin inkişafı və rəqəmsallaşma sammiti keçirilib.

"Sizinxeber.az"un Şimal bürosu xəbər verir ki, tədbir Quba Rayon İcra Hakimiyyəti, MÜSİAD Azərbaycan, TECHERA və Quba İş Adamlarına Dəstək - QİAD Platformasının birgə təşkilatçılığı ilə baş tutub.

Bildirilib ki, əvvəlcə Quba Rayon İcra Hakimiyyətinin binasında sammit iştirakçıları ilə görüş təşkil edilib, regionlarda sahibkarlığın gücləndirilməsi, rəqəmsallaşma proseslərinin genişləndirilməsi və innovativ layihələrə dəstək göstərilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra Quba Olimpiya, İdman, Təlim, Tədris və İstirahət Kompleksində sammitin rəsmi açılış mərasimi olub. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, dövlət və özəl sektorun təmsilçiləri, sahibkarlar, startapçılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Məruzəçilər regionların iqtisadi potensialının gücləndirilməsi, rəqəmsal texnologiyaların daha geniş tətbiqi, innovasiya və startap ekosisteminin formalaşdırılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib.

Eyni zamanda tədbir iştirakçıları müxtəlif innovativ layihələrdən, texnoloji yeniliklərdən və yerli sahibkarların məhsullarından ibarət sərgi ekspozisiyalarına baxış keçiriblər.

Sərgidə yeni əməkdaşlıq imkanları və biznes əlaqələri ətrafında müzakirələr aparılıb.

Xatırladaq ki, sammit regionlarda biznes mühitinin inkişafı, rəqəmsal transformasiyanın təşviqi və innovativ təşəbbüslərin dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Oxşar xəbərlər

Anar Quliyev Qubada Baş Planın icra vəziyyəti ilə tanış olub
Qubada qanunsuz tikinti sökülüb
Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında 8 mindən artıq ağac əkilib
Qubada sahibsiz itlər 3 nəfərə hücum edib
“Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə Bakı-Quba yoluna 300 000 ağacın əkilməsi planlaşdırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər