Dövlət Xidmətində Anım Günü ilə bağlı tədbir keçirilib
sizinxeber.az xəbər saytı

Dövlət Xidmətində Anım Günü ilə bağlı tədbir keçirilib


44 günlük Vətən müharibəsinin başlanmasının ildönümü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində tədbirlər keçirilib.

Bu barədə Sizinxeber.az-ya Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov və xidmətin rəhbər heyəti İkinci Şəhidlər Xiyabanını ziyarət edib. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi yad edilib, məzarları ziyarət edilərək üzərilərinə gül dəstələri düzülüb və şəhid ailələrinə başsağlığı verilib.

Daha sonra Xidmətin şəxsi heyəti Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət edib, parkın girişində olan xatirə daşının üzərinə gül dəstələri qoyublar.

Həmçinin şəhidlərin əziz xatirəsi ölkəmizin bütün ərazisində olduğu kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında da 1 dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si ölkə ərazisində Anım Günü kimi qeyd edilir.

Oxşar xəbərlər

DİN rəhbərliyi Zəfər parkını ziyarət edib - VİDEO
Sumqayıtda şəhidlərin xatirəsi anılıb - FOTO
Dövlət Xidməti kəlbəcərlilərlə görüş keçirib
Dövlət və hökumət rəsmiləri Zəfər parkında olublar
Antiterror əməliyyatı zamanı şəhid olan hərbi qulluqçuların məzarları ziyarət olunub - FOTO - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər