Eldar Əzizov: Binalar da insanlar kimidir, onların da ömrünün başlanğıcı və sonu var
sizinxeber.az xəbər saytı

Eldar Əzizov: Binalar da insanlar kimidir, onların da ömrünün başlanğıcı və sonu var


Bakıda kanat yolunun yaradılması ideyası hazırda müxtəlif dövlət qurumları tərəfindən müzakirə olunur və layihənin yekun parametrləri hələ müəyyənləşməyib.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

“Yeni kanat yolu hələlik layihədir. Bunlar ideyalardır. Onların tam formalaşdırılması üçün vaxt tələb olunur. Hazırda bu məsələ müxtəlif dövlət qurumları tərəfindən müzakirə edilir. Birmənalı nəsə demək üçün hələ tezdir”, – deyə o qeyd edib.

E. Əzizov əlavə edib ki, Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə Bakı Dənizkənarı Bulvarının genişləndirilməsi davam edir.

Onun sözlərinə görə, hazırda 17 kilometr olan bulvarın uzunluğunun gələcəkdə 25 kilometrə çatdırılması nəzərdə tutulur.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı bildirib ki, sovet dövründə tikilmiş və istismar müddəti başa çatmış yaşayış binaları ilə bağlı dövlət tərəfindən yenilənmə layihələri həyata keçirilir.

“Binalar da insanlar kimidir, onların da ömrünün başlanğıcı və sonu var”, – deyə E. Əzizov vurğulayıb.

O qeyd edib ki, belə binaların sökülməsi zamanı sakinlərə kompensasiya ödənilir, həmin ərazilərdə isə əsasən yeni parkların salınması nəzərdə tutulur.

Oxşar xəbərlər

Eldar Əzizov: Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
BŞİH başçısı: Qırılan ağacların yerində yeniləri əkiləcək
Eldar Əzizov Kocaeli Böyük Şəhər Bələdiyyə Başkanı ilə görüşüb
Eldar Əzizov: Leysanlar zamanı Bakıda tunellərə və körpüaltı keçidlərə girişə məhdudiyyət qoyulsun

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər