Sumqayıtda şəhidlərin xatirəsi anılıb - FOTO
Sumqayıt şəhərində Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib.
27 sentyabr – Anım Günü ilə bağlı Şəhidlər xiyabanında keçirilən tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Bu barədə APA-ya Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirilib.
Saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçıları öncə Sumqayıtın Şəhidlər Xiyabanında ucaldılan Qalib əsgər abidəsi önünə əklil və gül dəstələri qoyublar, şəhidlərimizin əiz xatirəsini ehtiramla yad ediblər. Daha sonra ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanların məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
Oxşar xəbərlər
Sumqayıtda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
Sumqayıtda Vətən Müharibəsi Qəhrəmanı Anar Şükürovun büstü və xatirə muzeyi açılıb
Füzulidə 27 Sentyabr - Anım Günü qeyd edilir - FOTO
Füzulidə 27 Sentyabr - Anım Günü qeyd edilir
Antiterror əməliyyatı zamanı şəhid olan hərbi qulluqçuların məzarları ziyarət olunub - FOTO - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













