Antiterror əməliyyatı zamanı şəhid olan hərbi qulluqçuların məzarları ziyarət olunub - FOTO - YENİLƏNİB
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup şəxsi heyəti Antiterror əməliyyatının ildönümü ilə əlaqədar İkinci Şəhidlər xiyabanını ziyarət edib.
Sizinxeber.az MN-ə istinadən xəbər verir ki, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülərək xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdirilib.
Tədbirdə şəhidlərin ölməzliyindən danışılıb və onların xatirələrinin hər zaman əziz tutulacağı əminliklə qeyd olunub.
***
09.45
2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun Qarabağ bölgəsində keçirdiyi antiterror əməliyyatı zamanı şəhid olan hərbi qulluqçuların məzarları ziyarət olunub.
Sizinxeber.az xəbər verir ki, Müdafiə Nazirliyinin rəsmiləri, şəhidlərin yaxınları, ictimaiyyət nümayəndələri II Fəxri xiyabanına gələrək burada dəfn olunan şəhidləri ziyarət edib, məzarları önünə əklil qoyub, gül dəstələri düzüb, xatirələrini yad ediblər.
Sonra nazirliyin hərbi orkestrının ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Xatırladaq ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatlarından sonra bölgə separatçı terrorçulardan təmizlənib.
Emin Şirvanzadə
Nadir Yalçın
Oxşar xəbərlər
Antiterror əməliyyatı zamanı şəhid olan hərbi qulluqçuların məzarları ziyarət olunub
Azərbaycan-Çin hərbi-texniki əməkdaşlığı müzakirə olunub
Komando kursunun buraxılışı olub
Komando kursunun növbəti buraxılışı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
