Ağdaşda mülki müdafiə məşqi keçirilib - FOTO
sizinxeber.az xəbər saytı

Ağdaşda mülki müdafiə məşqi keçirilib - FOTO


Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib.

APA-nın Şirvan bürosu xəbər verir ki, məşqin keçirilməsində əsas məqsəd obyektin mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanmasından ibarət olub. Eyni zamanda məşq zamanı hərbiləşdirilməmiş obyekt mülki müdafiə dəstələrinin xəstəxana ərazisində baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar fəaliyyətləri simulyasiya edilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib. Təşkil olunan məşqdə ümumilikdə 8 texnika və 160 nəfərdən ibarət şəxsi heyət iştirak edib.

Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Oxşar xəbərlər

Ağdaşda mülki müdafiə məşqi keçirilib
Fövqəladə hadisələrdə mülki müdafiə qüvvələrinin idarə edilməsi ilə bağlı məşq keçirilib
FHN Ağdaşda mülki müdafiə məşqi keçirib
İmişlidə FHN-nin Muğan Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər