FHN Ağdaşda mülki müdafiə məşqi keçirib
Ağdaş rayonunda Fövqəladə Hallar Nazirliyi (FHN) Aran Regional Mərkəzi tərəfindən nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib.
”Sizinxeber.az”un Yuxarı Şirvan bürosu xəbər verir ki, “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində keçirilən məşqin əsas məqsədi obyektin mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması, böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanmasından ibarət olub.
Eyni zamanda, məşq zamanı hərbiləşdirilməmiş obyekt mülki müdafiə dəstələrinin xəstəxana ərazisində baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar fəaliyyətləri simulyasiya edilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Keçirilən məşqdə ümumilikdə 8 texnika və 160 nəfərdən ibarət şəxsi heyət iştirak edib. Uğurlu alınan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.
Oxşar xəbərlər
Ağdaşda mülki müdafiə məşqi keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdaşda mülki müdafiə məşqi keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
İmişlidə FHN-nin Muğan Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fövqəladə hadisələrdə mülki müdafiə qüvvələrinin idarə edilməsi ilə bağlı məşq keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Müdafiə Nazirliyi: Mülki əhali və mülki infrastruktur obyektləri hədəfə alınmır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












