Dövlət Əmək Müfəttişliyi Xidməti Böyük Britaniyada keçirilən müsabiqədə mükafata layiq görülüb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Böyük Britaniyanın “Wealth and Finance International” beynəlxalq korporasiyasının təşkil etdiyi “FinTech Awards 2024” beynəlxalq müsabiqəsində uğur qazanıb.
Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müsabiqədə “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) ilə iştirak edən Xidmət müsabiqənin qalibi seçilərək “2024-cü ilin Rəqəmsal İnnovatorları” mükafatına layiq görülüb.
100-dən çox ölkədən çoxsaylı layihələrin təqdim olunduğu müsabiqənin qalibləri müstəqil beynəlxalq münsiflər heyətinin qərarı ilə müəyyən edilərək elan olunub.
"Wealth & Finance International" korporasiyası maliyyə və ödənişlər sahəsində yenilikləri araşdıraraq, 2014-cü ildən eyniadlı jurnalda bu sahələr üzrə yeni uğurlu təcrübələri paylaşır.
Dövlət Əmək Müfətişliyi Xidməti ötən ay da Sinqapurun “World Business Outlook” beynəlxalq media platformasının texnologiya kateqoriyasında "Ən Yaxşı Əmək və Məşğulluq Alt Sistemi" nominasiyası üzrə qalib elan edilib.
Oxşar xəbərlər
Övladlığagötürmə üzrə e-sistem “dotCOMM Awards” müsabiqəsinin qalibi seçilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
