Övladlığagötürmə üzrə e-sistem “dotCOMM Awards” müsabiqəsinin qalibi seçilib
Övladlığagötürmə üzrə e-sistem ABŞ-nin beynəlxalq onlayn “dotCOMM Awards” müsabiqəsinin qalibi seçilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən xəbərə görə, övladlığagötürmə üzrə e-sistemi ABŞ-nin beynəlxalq onlayn “dotCOMM Awards” müsabiqəsində “Dövlət saytı” nominasiyasının “Qızıl mükafat” kateqoriyasında qalib seçilib. https://enter.amcpros.com/dotcomm/entry/adoption-e-system/
Müsabiqənin saytında bu barədə, habelə Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi haqqında məlumat və övladlığagötürmə üzrə e-sistemə dair geniş təqdimat yerləşdirilib.
Yaradıcılıq və rəqəmsal ünsiyyətdə mükəmməlliyi müəyyən edən “dotCOMM Awards” müsabiqəsi internetin inkişaf edən alətlərini (interaktivlik, məzmun, dizayn, sosial media, video, proqramlar, bloqlar, saytlar, marketinq və reklam kampaniyaları) əhatə edir.
Müsabiqədə 100-dən çox ölkədən rəqəmsal layihələr iştirak edib.
Oxşar xəbərlər
DSMF “Global Recognition Awards” beynəlxalq müsabiqəsində mükafata laiq görülüb
FHN: Ötən sutka 41 yanğına çıxış olub, 9 nəfər xilas edilib
DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi beynəlxalq müsabiqədə uğur qazanıb
Azərbaycan nəşrləri XXI Beynəlxalq “Kitab sənəti” müsabiqəsində qalib olub
Kəlbəcərə köçürüləcək şəxslər üçün növbəti peşə kursuna start verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













