Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib
Dekabrın 25-də mədəniyyət naziri Adil Kərimli və Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlunun nazirlik yanında İctimai Şuranın üzvləri ilə görüşü olub.
Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
Mədəniyyət Nazirliyində keçirilən görüşdə çıxış edən Adil Kərimli mədəniyyət sahəsi ilə bağlı məsələlərin daha geniş müzakirə olunmasında və ictimai dinləmələrin təşkilində fəal iştirakına görə İctimai Şuraya təşəkkürünü bildirib. Nazir mədəniyyət sahəsinin inkişafı istiqamətində İctimai Şura ilə birgə çalışmağın önəmini diqqətə çatdırıb.
Görüşün əhəmiyyətini yüksək qiymətləndirən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu İctimai Şuranın işinin cəmiyyətin mədəniyyət sahəsi ilə bağlı məsələlərə münasibətinin öyrənilməsinə xidmət etdiyini deyib.
İctimai Şuranın sədri akademik Nizami Cəfərov çıxışında bildirib ki, şura ilə sıx əməkdaşlıq Mədəniyyət Nazirliyinin fəaliyyətini daha da möhkəmləndirir, yeniliklərə və islahatlara təkan verir.
İctimai Şuranın sədr müavinləri Əkbər Qoşalı, Vüqar Qədirov, şuranın üzvü Xanoğlan Əhmədov müzakirə olunan məsələlər barədə öz fikirlərini bölüşüblər.
Oxşar xəbərlər
Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb
Mədəniyyət naziri Kürdəmirdə vətəndaşları qəbul edib
Adil Kərimli: Kadr çatışmazlığı müzakirə olunub, bu istiqamətdə işlərə başlamışıq
Adil Kərimli Xırdalan şəhərində vətəndaşları qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
