FHN yanında İctimai şuranın yeni tərkibdə ilk iclası keçirilib
Növbəti seçkilərdən sonra Fövqəladə Hallar Nazirliyi yanında yeni tərkibdə İctimai şuranın ilk iclası keçirilib.
Nazirliyin Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, iclasda çıxış edən Fövqəladə Hallar Nazirliyi yanında yaradılmış İctimai şuranın sədri, Beynəlxalq Ekoenergetika Akademiyasının vitse-prezidenti Fuad Hacızadə ölkəmizdə vətəndaş cəmiyyəti institutlarına göstərilən diqqət və qayğıdan bəhs edib, qeyri-hökumət təşkilatlarının cəmiyyətdəki rolunun əhəmiyyətini vurğulayıb. O, yeni formalaşmış İctimai şuranın fövqəladə halların idarə olunması sahəsində verdiyi rəy və təkliflərin nəzərə alınacağına, bu qurumun ictimaiyyətlə səmərəli əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edərək, Şuraya fəaliyyətində uğurlar arzulayıb.
İclasda təşkilati məsələlər müzakirə edilib, səsvermə keçirilib. İki il fəaliyyət göstərəcək İctimai şuraya “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin sədr müavini Vəfa Abbasova sədr müavini, “Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin İdarə heyətinin sədri Məhəmməd Məmmədov isə katib seçilib.
İclasda müxtəlif məsələlər müzakirə edilib, Şura üzvləri tərəfindən Fövqəladə Hallar Nazirliyinin ölkə əhalisinin təbii və texnogen hadisələrdən qorunması sahəsində gördüyü işlərdən bəhs edilərək, Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq rəy və təkliflərin təqdim edilməsi, əhalinin fövqəladə hallarla bağlı maarifləndirilməsi istiqamətində FHN-in həyata keçirdiyi tədbirlərə dəstək verilməsi və digər təkliflər səsləndirilib.
Oxşar xəbərlər
Ədliyyə Nazirliyi yanında İctimai şuranın yeni tərkibdə ilk iclası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN yanında İctimai şuraya seçki keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ədliyyə Nazirliyi yanında İctimai şuranın yeni tərkibi seçilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












