FHN-in Sumqayıt Regional Mərkəzində Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
APA xəbər verir ki, Regional Mərkəzdə Ulu Öndərin abidəsi ziyarət edilib. Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin qarşısından start alan veloyürüş FHN Sumqayıt Regional Mərkəzinin önündə başa çatıb.
Daha sonra ümummilli lider Heydər Əliyevlə bağlı təşkil olunmuş foto və kitab sərgilərinə baxış keçirilib.
Ümummilli Liderin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə FHN-in Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev, nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarənin rəis müavini Gündüz Həmzəyev, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxış edib.
Daha sonra FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Xilasetmə Hissələrinin alət-avadanlıqlarına baxış keçirilib.
Tədbirin sonunda ağacəkmə aksiyası olub, 102 ədəd ağac və gül kolları əkilib, 102 ədəd helium şarı havaya buraxılıb.
Oxşar xəbərlər
FHN Sumqayıtda Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş tədbir keçirib
FHN-in Gəncə Regional Mərkəzində “Heydər Əliyev və milli dövlətçilik təfəkkürü” mövzusunda tədbir keçirilib
FHN-in Sumqayıt Regional Mərkəzində müşavirə keçirilib
FHN-in Sumqayıt Regional Mərkəzi müşavirə keçirib
FHN-in Şimal Regional Mərkəzi seminar-müşavirə keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi












