FHN-in Gəncə Regional Mərkəzində “Heydər Əliyev və milli dövlətçilik təfəkkürü” mövzusunda tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində “Heydər Əliyev və milli dövlətçilik təfəkkürü” mövzusunda tədbir keçirilib.
FHN-dən Sizinxeber.az-ya verilən xəbərə görə, tədbir Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə 2025-ci ilin elan olunduğu “Konstitusiya və Suverenlik İli” çərçivəsində nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin təşəbbüsü, Gəncə Regional Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Bildirilib ki, tədbirdə Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev, Nazirliyin müvafiq strukturlarının əməkdaşları, Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə şəhər Ağsaqqallar şurasının sədri professor Nurəddin Məmmədov iştirak ediblər.
Əvvəlcə, tədbir iştirakçıları Gəncə Regional Mərkəzinin həyətində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbir Ümummilli Liderin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Gəncə Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov giriş sözündə Ulu Öndərin mənalı həyat yolu və zəngin ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib. E.Məhərrəmov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin adı milli dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb. O, Ülu Öndər Heydər Əliyevin siyasi kursunun mahir davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi altında ölkəmizin dünya dövlətləri arasında özünəməxsus yer tutduğunu, qüdrətli bir dövlətə çevrildiyini iftixar hissilə dilə gətirib.
Tədbirdə çıxış edən digər natiqlər Azərbaycanın müstəqilliyi və hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən, dövlət quruculuğuna əvəzsiz töhfələr verən Ulu Öndər Heydər Əliyevin Vətənə sədaqətindən, xalqa fədakarlıqla xidmət nümunələrindən söz açıblar. Qeyd edilib ki, dahi Heydər Əliyevin xalqın tələb və təkidi ilə yenidən hakimiyyətə qayıdışı nəticəsində Azərbaycan dövlətçiliyi böyük təhlükələrdən xilas oub, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yaranıb. Bu gün Ulu Öndərin əsasını qoyduğu uğurlu siyasi kurs Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə zamanın çağırışlarına uyğun davam və inkişaf etdirilir.
Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Oxşar xəbərlər
FHN-in Şimal Regional Mərkəzi seminar-müşavirə keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN Salyan şəhərində seminar-müşavirə keçirib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə fövqəladə hallarda davranış qaydaları ilə bağlı seminar keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN Milli Aviasiya Akademiyasında nümunəvi dərs keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in regional mərkəzləri ağacəkmə aksiyası keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












