Ermənistanda Tsarukyana qarşı cinayət işi başlanılıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
in
2026
18:00
0
0
1 225
ff aaaaaaa

Ermənistanda Tsarukyana qarşı cinayət işi başlanılıb

09 in, 2026
18:00
1 225

Ermənistanda Tsarukyana qarşı cinayət işi başlanılıb

Ermənistanda "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Tsarukyana qarşı cinayət işi başlanılıb.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğundan bildirilib.

Qurumun məlumatına görə, Tsarukyan xüsusilə külli miqdarda vergidən yayınmaqda ittiham olunur.

Onun ölkədən çıxışına qadağa qoyulub.

Həmçinin bildirilib ki, Tsarukyan bu gün Ermənistanı tərk etməyə cəhd edib, lakin hava limanında onun təyyarəyə minməsinə icazə verilməyib.

Daha əvvəl parlament seçkiləri ərəfəsində Ermənistanın Baş naziri Nikol Paşinyan Qaqik Tsarukyanı 300 milyon dollar məbləğində vəsaiti mənimsəməkdə ittiham etmişdi.

Qeyd edək ki, iyunun 7-də keçirilmiş seçkilərin nəticələrinə əsasən, parlamentə hakim "Vətəndaş müqaviləsi" partiyası (səslərin 49,825 %-i), "Güclü Ermənistan" partiyası (23,281 %) və "Ermənistan" bloku (9,934 %) keçir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul