Paytaxt və Lənkaranın bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Bu gün Bakı və Lənkəranın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
"Azərişıq"dan "Sizinxeber.az-Economics"ə verilən məlumata görə, iyunun 12-də Yasamal və Nizami Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) ərazilərində Transformator Məntəqələrində (TM) təmir-təftiş işləri həyata keçiriləcək. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Yasamalın Tağı Şahbazi, Azad Mirzəyev, Abdulla Şaiq, Nizami rayonunun Məmmədəli Şərifli və Şirin Mirzəyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Məlumata görə, həmçinin 12 iyun tarixində Zirə ETSİ ərazisində TM-də görüləcək iməclik işləri ilə əlaqədar fasilə saat 09:00-dan 12:00-dək Qala qəsəbəsi yaxınlığında yerləşən Xaşaxuna bağları yaşayış massivinin bəzi yerlərini əhatə edəcək.
Lənkəran Elektrik Şəbəkəsinə (EŞ) daxil olan bir sıra kənd və qəsəbələrdə elektrik enerjisinin verilişi müvəqqəti olaraq dayandırılacaq. Bəzi 10 kV-luq hava xətlərində gedəcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Sütəmurdov, Velədi, Viyən kəndləri, Aşağı Nüvədi, Gərmətük qəsəbələri, saat 14:00-dan 16:30-dək şəhər ərazisində Şirəli Axundov, Cavanşir, Fikrət Məmmədov, Müzəffər Nəsirli küçələri, rayonun Səpinəkəran və Şürük kəndlərində məhdudiyyət tətbiq olunacaq.
İşlər yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək.
Oxşar xəbərlər
Bakı və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
Bakı və Lənkəranın bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Bakı və Sumqayıtın bəzi ərazilərində işıqlar sönəcək - SİYAHI
Binəqədinin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Novxanının bəzi ərazilərində işıq olmayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
-
Paşinyan Ermənistan-Türkiyə dəmir yolunun ən qısa müddətdə açılmasına ümid edir
-
İranda partlayışlar qeydə alınıb
-
Yanvar-may aylarında DSMF-nin xərcləri 3 milyard 440 milyon manat olub
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
