Koordinasiya Şurasının iclasında Avropa Şurası MONEYVAL Komitəsinin tərəqqi qiymətləndirməsinə hazırlıq müzakirə olunub
Mayın 1-də Nazirlər Kabinetinin 2023-cü il 23 dekabr tarixli 451 nömrəli Qərarı ilə yaradılmış Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının növbəti iclası keçirilib.
Nazirlər Kabinetinin Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, iclası giriş sözü ilə açan Baş Nazirin müavini, Koordinasiya Şurasının sədri Samir Şərifov Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nından irəli gələn vəzifələrin icrası çərçivəsində Şura tərəfindən 2024-cü ildə görülmüş işlərin təhlil edilməsinin zəruriliyini bildirmiş, bu tədbirlərin icrasının ölkənin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin daha effektiv olmasına zəmin hazırlayacağını qeyd etmişdir.
Eyni zamanda, Şura sədri Avropa Şurası MONEYVAL Komitəsi tərəfindən tərəqqi hesabatı sorğusunun göndərildiyini və hesabatın uğurla tamamlanmasının önəmini xüsusi olaraq vurğulayıb.
İclasda Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadənin Milli Fəaliyyət Planınında 2024-cü il üzrə nəzərdə tutulmuş tapşırıqların icrasına dair hesabatı, həmçinin Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Mərkəzi Bank və Dövlət Vergi Xidmətinin nümayəndələrinin görülmüş işlərin cari vəziyyəti barədə məlumatları dinlənilmiş, eyni zamanda Avropa Şurası MONEYVAL Komitəsinin cari ildə aparacağı tərəqqi qiymətləndirməsinə hazırlıq vəziyyəti və digər məsələlər geniş müzakirə olunub.
İclasın yekunu olaraq, Milli Fəaliyyət Planının 2024-cü il üzrə icrası vəziyyəti barədə hesabatın Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təqdim edilməsi barədə razılıq əldə olunmuş, habelə MONEYVAL tərəqqi hesabatının təqdim edilməsinə hazırlıq məqsədilə atılmalı olan növbəti addımlar müəyyən edilib və digər qərarlar qəbul edilib.
Oxşar xəbərlər
Samir Şərifova yeni vəzifə verilib
Azərbaycanda cinayətkarlıqla mübarizə üzrə Koordinasiya Şurasının sədri dəyişib
Samir Şərifova yeni vəzifə həvalə edilib
Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının növbəti iclası keçirilib
AMB “PARA” BOKT və “Azinvestkedit” BOKT-un vəzifəli şəxslərini cərimə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
-
İranda partlayışlar qeydə alınıb
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
Azərbaycanın U-17 və U-19 millilərinin Avropa çempionatının I mərhələsindəki rəqibləri bəlli olub
-
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
-
Tramp amerikalıların İranın Xarq adasını ələ keçirməyi dəstəkləməyəcəyini bildirib
