İtkin düşmüş və ölmüş elan edilən diplomatların vərəsələrinə müavinət ödəniləcək
sizinxeber.az xəbər saytı

İtkin düşmüş və ölmüş elan edilən diplomatların vərəsələrinə müavinət ödəniləcək


Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə diplomatik xidmət orqanı əməkdaşının xidmətinə xitam veriləcək.

Sizinxeber.az-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Diplomatik xidmət haqqında” qanuna təklif edilən yeni - 30.1.14-cü maddədə əksini tapıb.

Bu halda diplomatik xidmət əməkdaşının vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 misli miqdarında müavinət ödəniləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Oxşar xəbərlər

Diplomatların hərbi xidmətə çağırılmasına dair dəyişikliklər ilk oxunuşda qəbul olunub
Diplomatik xidmət orqanı əməkdaşlarının pul mükafatı ləğv olunur
Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət və imtiyaz müəyyənləşir
Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət...
Diplomatik xidmət orqanı əməkdaşlarının həvəsləndirilməsi tədbirləri müəyyənləşir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər