SOCAR "Chevron"la birgə layihələr həyata keçirmək imkanlarını müzakirə edib
sizinxeber.az xəbər saytı

SOCAR "Chevron"la birgə layihələr həyata keçirmək imkanlarını müzakirə edib


Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf "Chevron" şirkətinin Avrasiya biznes bölməsinin idarəedici direktoru Derek Maqnes ilə görüşüb.

Bu barədə "Sizinxeber.az"a SOCAR-dan məlumat verilib.

Görüşdə "Chevron" şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti məmnunluqla qeyd olunub. Bakı Enerji Həftəsinin açılış mərasimi çərçivəsində SOCAR ilə "Chevron" arasında imzalanmış sənədin əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb və bu istiqamətdə görüləcək işlər nəzərdən keçirilib.

Söhbət zamanı şirkətlər arasında Azərbaycanda və digər ölkələrdə birgə layihələrin həyata keçirilməsi imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

SOCAR ilə "Chevron" birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər
Azərbaycan "Chevron"la karbonsuzlaşma layihələrini müzakirə edib
SOCAR ilə "SLB" arasında əməkdaşlığın inkişafı müzakirə olunub
SOCAR "SLB" ilə əməkdaşlığın inkişafını müzakirə edib
SOCAR “Chevron” ilə dekarbonizasiya məsələlərini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər