Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
Noyabrın 28-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Maarifçi” tələbə–məzun təcrübə proqramının II mərhələsinin iştirakçıları ilə görüşüb.
Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
“Maarifçi”ləri salamlayan nazir müavini proqramın gənclərə böyük təcrübə qazanmaq imkanı yaratdığını deyib və bu təşəbbüsün mahiyyəti haqqında danışıb. Firudin Qurbanov bildirib ki, proqram iştirakçılarının hazırda qazandıqları təcrübə onların peşəkar kadr kimi formalaşmalarında mühüm rol oynayır.
Daha sonra nazir müavini karyera planlaması, yaxşı mütəxəssis olmaq üçün vacib şərtləri qeyd edib və tövsiyələrini verib.
Görüşdə çıxış edən "Maarifçi"lər gənclərə belə bir fürsət yaradıldığı üçün təşəkkürlərini ifadə ediblər, həmçinin proqramın üstünlüklərini vurğulayıblar.
Tədbirdə iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.
Qeyd edək ki, 37 nəfər “Maarifçi” tələbə-məzun təcrübə proqramının II mərhələsində iştirak hüququ qazanıb. 3 ay davam edən proqram çərçivəsində iştirakçılar Elm və Təhsil Nazirliyi və onun tabe qurumları, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində təcrübə keçirlər.
Oxşar xəbərlər
Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb
"Maarifçi" tələbə-məzun təcrübə proqramının yeni iştirakçıları ilə görüş keçirilib
Nazir müavini Firudin Qurbanov Yevlaxda olub
Nazir müavini Firudin Qurbanov Ağalıda olub
Emin Əmrullayev əmək fəaliyyətinə başlayan “Maarifçi”lərlə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













