BMT rəsmisi: "WUF13-də formalaşan su gündəliyi Əbu-Dabidə davam etdiriləcək"
sizinxeber.az xəbər saytı

BMT rəsmisi: "WUF13-də formalaşan su gündəliyi Əbu-Dabidə davam etdiriləcək"


Mənzil, su, sanitariya, torpaq və gecəqondu məhəllələri ilə bağlı problemlər bir-birindən ayrılmazdır və bu məsələlər şəhər miqyasında inteqrasiya olunmuş yanaşma ilə həll edilməlidir.

"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) proqram inkişafı şöbəsinin rəhbəri və Ümumdünya Şəhərsalma Forumunun (WUF) əlaqələndirici Simon Springett WUF13 çərçivəsində keçirilən "Su Konfransı: Şəhər Mənzil Sektorunun İnkişaf Yol Xəritəsi" adlı tədbirdə deyib

Onun sözlərinə görə, Dayanıqlı İnkişaf Məqsədlərinə, xüsusilə təmiz su və sanitariyaya nail olmaq üçün şəhərlərdə vahid planlaşdırma sistemi qurulmalıdır: "Su insan hüququ və insan ləyaqətinin əsas şərtidir. Şəhərlərin su sistemləri bütün planlaşdırma proseslərinin mərkəzində dayanmalıdır. Bunun üçün yerli hökumətlərin və kommunal xidmət qurumlarının gücləndirilməsi vacib hesab olunur. Su təhlükəsizliyi və şəhərlərin dayanıqlılığı üçün yerli qurumlar milli səviyyədə uyğun və koordinasiyalı sistemlərlə dəstəklənməlidir".

BMT rəsmisi vurğulayıb ki, Bakıda aparılan müzakirələrin 2026-cı ildə Əbu-Dabidə keçiriləcək BMT Su Konfransına qədər davam etdirilməsi vacibdir.

Oxşar xəbərlər

UN-Habitat: Ölkələrin mənzil siyasətinin mərkəzində insan haqları dayanmalıdır
Anaklaudia Rossbax: Su ehtiyatlarının idarəsində sərhədləri aşan əməkdaşlıq vacibdir
UN-Habitat şəhərsalma ilə bağlı tövsiyələrini 6 tematik sahə üzrə qruplaşdırıb
Anaklaudia Rossbax: "Düzgün mənzil siyasəti su ehtiyatlarının qorunmasına töhvə verəcək"
UN-Habitat: Mənzil tikintisində dayanıqlılıq üçün yerli materialların təşviqi vacibdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər