Deputat: Gender bərabərliyi deyəndə kişilərin hüquqlarının diskriminasiyasından söhbət getməməlidir
“Gender bərabərliyi deyəndə bəzən qadınların üstünlüyü başa düşülür, amma bu, belə deyil. Qadınların da kişilərlə bərabər hüquqa malik olması gender bərabərliyidir”.
APA xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatı”nın müzakirəsində deputat Jalə Əliyeva deyib.
Deputat bildirib ki, Dövlət Komitəsinin məlumatında icra hakimiyyəti orqanlarında humanitar sahədə müavinlərin qadın olması qeyd edilib: “Gender bərabərliyini təmin etmək üçün icra orqanları bunu edir. Qadın və kişi hüquqlarının tam bərabərliyi olmalıdır, iqtisadi sahə üzrə müavin də qadın ola bilər. Bu sahədə həm qanunverici orqan, həm də hökumət bundan sonra da lazımi addımlar atacaq. Burada kişilərin hüquqlarının diskriminasiyasından söhbət getməməlidir”.
Oxşar xəbərlər
“Gender” ifadəsi Gürcüstanda bütün qanunlardan çıxarılacaq
Komitə sədri: Gender bərabərliyi davamlı və ədalətli iqlim gələcəyi üçün vacib şərtdir
Keçən il uşaqlarla əlaqədar 816 zorakılığa dair müraciət daxil olub
Azərbaycanda 2024-cü ildə qadını nikaha daxil məcbur etmə qeydə alınmayıb
Deputat: Azərbaycanda qadınların ekoloji siyasətdəki rolu institusional səviyyədə möhkəmləndirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













