Əli Məsimli: Gender əməkhaqqı fərqi azalsa da, tikinti və maliyyə sektorlarında problem qalır
sizinxeber.az xəbər saytı

Əli Məsimli: Gender əməkhaqqı fərqi azalsa da, tikinti və maliyyə sektorlarında problem qalır


Əvvəlki illərdə qadınlarla kişilər arasında əməkhaqqı fərqi təxminən 54 % təşkil edirdisə, 2025-ci ilin göstəricilərinə əsasən artıq qadınların əməkhaqqı kişilərin əməkhaqqının 67 %-nə çatıb.

"Sizinxeber.az" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentin bugünkü plenar iclasında "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı"nın müzakirəsi zamanı deyib.

O qeyd edib ki, bu, müsbət tendensiyadır:

"Amma bəzi sahələrdə fərq hələ də qalmaqdadır. Məsələn, tikinti sahəsində qadınların əmək haqqı kişilərin əmək haqqının 52 %-ni, maliyyə sektorunda isə 56 %-ni təşkil edir. Bu göstəricilər beynəlxalq praktikadan aşağıdır".

Spiker Sahibə Qafarova deputatın səsləndirdiyi fikirlərə cavab olaraq bildirib ki, kişilərin və qadınların əməkhaqqında fərqlərin olmasına dövlət sektorunda deyil, özəl sektorda rast gəlinirdi:

"Milli Məclis bu haqda qanunvericiliyə dəyişikliyi qəbul etdikdə də suallar ortaya çıxdı. Ona görə də bu mövzuda danışarkən qadın və kişilərin əməkhaqqında fərqlərin dövlət sektoruna aid olmadığını vurğulamaq mütləqdir".

Oxşar xəbərlər

Dünya Bankı: Azərbaycanın əmək bazarında ciddi qeyri-bərabərlik mövcuddur
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
Qadınların pensiya yaşı daha altı ay qaldırılır
Vüqar Bayramov: "Qadınların iqtisadi baxımdan güclənməsi üçün onlara daha çox güzəştli kredit verilməlidir"
Nazirlik: Yeni qanun əməkhaqqı sahəsində gender bərabərliyinin daha dolğun təminatına xidmət edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər