Deputat: Zəfər tariximizin yenidən yazılmasını, ədəbiyyatda baxış yenilənməsini labüd edib
“Ali məktəblərlə əlaqə, ünsiyyətin sıxlaşdırılmasının vacibliyi vurğulanır. Lakin biz bu əlaqəni elə orta məktəblərə münasibətdə də gücləndirməliyik. Çünki mənəviyyat kiçik yaşlardan formalaşır”.
Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Elnarə Akimova deyib.
Deputat bildirib ki, regionlarda mütaliəni gücləndirmək, təhsil şəbəkəsi ilə əlaqə yaratmaq, məktəb kitabxanalarına kitablar hədiyyə etmək lazımdır: “Məktəbyaşlı uşaqların xəyal dünyasının genişlənməsinə, dünyagörüşlərinin artırılmasına çalışmalıyıq. Uşaq yazarları ilə uşaqların görüşünü təşkil etmək də yaxşı olar”.
Elnarə Akimova doktorantura təhsilinin müddətinin azaldılması təklifini dəstəkləyib: “Mən Akademiya sistemində çalışıram, ən çox bu məzmunda suallarla qarşılaşıram. Buna görə də birpilləli doktorantura təhsilinə keçməyi münasib bilirəm. Doktorantura məsələsində cəmiyyətə açıq olmalıyıq, bu yöndə fikirlər dinlənilməlidir”.
Deputat, həmçinin, təklif edib ki, milli şüurun inkişafına, məfkurəmizin bütövlüyünə xidmət edən müəyyən kitabların parlamentin Elm və təhsil komitəsində təqdimatı keçirilsin: “Bu yolla onlar cəmiyyətə daha asan yol tapa, həm də təbliğ oluna bilərlər. Zəfərdən sonra yenilənən diskursumuz Azərbaycan tarixinin yenidən yazılmasını, həmçinin, Azərbaycan ədəbiyyatında baxış yenilənməsini aparılmasını labüd edib. Elmimiz buna necə cavab verir? Bu təqdimatlarla müəyyən suallara cavab tapa bilərik”.
Oxşar xəbərlər
Deputat: “Ali təhsil haqqında” qanun layihəsində doktorantura səviyyəsinin birə endirilməsi nəzərdə tutulur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Deputat: Məqalə və kitablara yazılan qonorarlardan vergini ləğv etmək lazımdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Deputat: Xaricdəki bəzi ixtisasların ölkəmizdə tanınmaması təhsil, əmək bazarı və iqtisadiyyatın inkişafını əngəlləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Deputat: Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ali Rada dövlət büdcəsinin 12 milyard dollar artırılmasına səs verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












