Parlament Bakı, Sumqayıt, Gəncə və digər şəhərlərin məhkəmələrinə hakimlərin təyinatını qəbul edib
sizinxeber.az xəbər saytı

Parlament Bakı, Sumqayıt, Gəncə və digər şəhərlərin məhkəmələrinə hakimlərin təyinatını qəbul edib


Milli Məclis Bakı, Sumqayıt, Gəncə və digər şəhərlər üzrə məhkəmələrə hakimlərin təyinatını qəbul edib.

"Sizinxeber.az" xəbər verir ki, bu məsələ parlamentin bugünkü plenar iclasında müzakirə olunub.

Belə ki, aşağıdakı hakimlərin vəzifələrinin dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinə hakimlər təyin edilməsi qərara alınıb:

- Əliyeva Aytən Heydər qızı - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi

- Hüseynov Telman Qulaməli oğlu - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi

- Nuriyev Elnur Aləm oğlu - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi

- İsmayılzadə Fərid Sabir oğlu - Şəki İnzibati Məhkəməsinin hakimi

- Abdullayev Elşən Uğur oğlu - Şirvan Kommersiya Məhkəməsinin hakimi

- Hüseynov Elməddin Mirpaşa oğlu - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi

Qafarova Rəna Nazim qızı - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi;

Vahid Nəriman oğlu Sadıqovun vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunur.

Bundan başqa, Nural Turab oğlu Əliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilir.

Bakı Hərbi Məhkəməsinin hakimi Bilal Mahir oğlu Məmmədovun vəzifəsi dəyişdirilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilir.

Eyni zamanda aşağıdakı hakimlərin vəzifələrinin dəyişdirilərək Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi:

Mustafayev Etibar Mustafa oğlu - Şəki İnzibati Məhkəməsinin hakimi

Əsgərov Anar Əlifağa oğlu - Ağsu Rayon Məhkəməsinin hakimi.

Şirvan Apellyasiya Məhkəməsi üzrə aşağıdakı hakimlərin vəzifələrinin dəyişdirilərək Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi:

Hacızadə Fəxri Hümmət oğlu - Şəki İnzibati Məhkəməsinin hakimi

Ağabəyov Nicat Rauf oğlu - Lənkəran Rayon Məhkəməsinin hakimi

Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Oxşar xəbərlər

Bakı, Gəncə, Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlər təyin olunub
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SİYAHI
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin olunub - SƏRƏNCAM
Bakı, Sumqayıt, Şəki, Şirvan Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin ediləcək
Gəncə Apelyasiya Məhkəməsinin sədri vəzifəsindən azad edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər