Deputat dövlət nəzarətindən kənarda dini təhsillə bağlı məsələlərin insan alveri cinayəti kimi qiymətləndirilməsini təklif edib
“Azərbaycanda insan alverinə qarşı mübarizədə DİN tərəfindən çox ciddi intensiv fəaliyyət həyata keçirilir”.
Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nın müzakirəsində deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, insan alveri ilə bağlı sahə artıq kibercinayətkarlıq səviyyəsində artıb, buna nəzarət mexanizmi də xeyli çətinləşib: “Hesab edirəm ki, Azərbaycanda əsasən bunun öhdəsindən gəlinə bilir”.
Komitə sədri qeyd edib ki, dövlətin nəzarətindən kənarda harda dini təhsilə cəlb edilən insanlar varsa, bu da insan alveri kimi qiymətləndirilməlidir: “İnanclarına görə insanlar dini təhsil ala bilər, amma bunu mütləq dövlətin nəzarəti altında olan müəssisələrdə edə bilər. Qanunvericilikdə bununla bağlı dəyişiklik edilməlidir, bunun üçün müraciət olunsa, bu cür cinayətlər də insan alveri kimi qiymətləndirməlidir”.
Deputat həmçinin deyib ki, Azərbaycanda məktəblərdə buraxılış sinifləri aprel, may aylarından imtahanları verib bitirib: “Amma biz dərsi iyunun 15-nə kimi uzatmışıq. Kim bundan sonra dərsə gedər? Uşaqları xaricdə təhsilə, xaricdə dini təhsilə yönəltməmək üçün bu məsələlərə diqqət etməliyik”.
Oxşar xəbərlər
Fazil Mustafa: Küçədə dilənçilik edən uşaq dərhal valideynindən alınmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qüdrət Həsənquliyev: Azərbaycanda effektiv mübarizə təşkil olunub, cinayətkarlığın səviyyəsi artmır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İnsan alverinin təbliği ilə məşğul olan 100-dən çox Teleqram, Tiktok və İnstaqram hesabı bağlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisə daxil olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il insan alveri qurbanı olan 24 nəfərə sosial-reabilitasiya xidmətləri göstərilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












