Qrant üzrə illik maliyyə hesabatını təqdim etməyən QHT-lər cərimələnəcək
sizinxeber.az xəbər saytı

Qrant üzrə illik maliyyə hesabatını təqdim etməyən QHT-lər cərimələnəcək


Qeyri-hökumət təşkilatları, o cümlədən xarici qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəlikləri tərəfindən qrant və ianələr üzrə illik maliyyə hesabatlarının nəzarət orqanına təqdim edilməməsinə, yaxud vaxtında, tam və ya düzgün təqdim edilməməsinə görə yeni cərimələr tətbiq ediləcək.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni - 598.8-1-ci maddəsində əksini tapıb.

Yeni maddəyə əsasən, qeyri-hökumət təşkilatları, o cümlədən xarici qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəlikləri tərəfindən qrant və ianələr, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatının "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilən nəzarət orqanına təqdim edilməməsinə, yaxud vaxtında, tam və ya düzgün təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə ediləcək.

Oxşar xəbərlər

QHT-lər tərəfindən qrant və ianələrin nəzarət orqanına təqdim edilməməsinə görə yeni cərimələr tətbiq olunacaq
Ədliyyə Nazirliyinə yeni səlahiyyət verildi - FƏRMAN
Xarici maliyyə mənbələri hesabına xidmətlər göstərən QHT-lərin vəzifələri artırılıb
Mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsinin nəticələri açıqlanıb
Əmək pensiyası, sosial yardım və müavinətlərin təyin edilməsi, imtina edilməsi qərarları EHİS-dən təqdim ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər