Hərbi-nəqliyyat vəzifəsi haqqında qanunvericiliyin pozulmasına görə cərimələr 2 dəfə artırılacaq
sizinxeber.az xəbər saytı

Hərbi-nəqliyyat vəzifəsi haqqında qanunvericiliyin pozulmasına görə cərimələr 2 dəfə artırılacaq


Hərbi-nəqliyyat vəzifəsi haqqında qanunvericiliyin pozulmasına görə cərimələr 2 dəfə artırılacaq.

Sizinxeber.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının dövlət və yerli özünüidarəetmə orqanları, nəqliyyat vasitələrinin mülkiyyətçisi (sahibi) olan təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının sorğusuna əsasən nəqliyyat vasitələrinin mövcudluğu və texniki vəziyyəti barədə məlumatların təqdim edilməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər doqquz yüz manatdan min yüz əlli manatadək məbləğdə cərimə ediləcək.

Hazırda bu xətaya görə vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz əlli manatadək məbləğdə cərimə edilir.

Həmçinin, layihəyə əsasən, Səfərbərlik tapşırıqlarına uyğun olaraq hərbi-nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə müəyyən edilmiş qaydada təqdim olunmamasına görə -

vəzifəli şəxslər dörd yüz manatdan alt manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan min iki yüz manatadək məbləğdə cərimə ediləcək. Hazırda bu xətaya görə vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Oxşar xəbərlər

Qida təhlükəsizliyi haqqında qanunvericiliyin pozulmasına görə cərimələr dəyişir
Bioloji aktiv qida məhsullarının reseptə yazılmasına görə cərimələr artırılır
Səfərbərlik üzrə tədbirlərin həyata keçirilməsinin təmin edilməməsinə görə 700 manatadək cərimə tətbiq olunacaq
İlkin hərbi qeydiyyatla bağlı siyahıların müəyyənləşdirilmiş müddətdə təqdim edilməməsinə görə cərimələr artırılır
Reyestrə daxil edilməyən dərmanların reseptə yazılmasına görə cərimə tətbiq olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle