Şəxsiyyət vəsiqəsi olmayan 9 uşağın doğum faktı müəyyən edilib
sizinxeber.az xəbər saytı

Şəxsiyyət vəsiqəsi olmayan 9 uşağın doğum faktı müəyyən edilib


Keçən il şəxsiyyət vəsiqəsi olmayan uşaqların sənədləşdirilməsi və doğum qeydiyyatının təmin olunması istiqamətində kompleks profilaktik və hüquqi tədbirlər də davam etdirilərək 9 uşağın doğum faktının müəyyən edilməsi təmin olunub.

APA xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumat”ında qeyd edilib.

Bildirilib ki, məhkəmə qərarları əsasında onlara doğum haqqında şəhadətnamələr verilərək müvafiq məlumatlar Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə daxil edilib və hər bir uşaq fərdi identifikasiya nömrəsi ilə təmin olunub.

Oxşar xəbərlər

İnsan alveri cinayəti ilə bağlı 10 şəxs İnterpol kanalları ilə axtarışdadır
İnsan alveri il bağlı zərərçəkmişlərin reabilitasiyası və reinteqrasiyası üçün görülən zəruri tədbirlər açıqlanıb
İki ukraynalı qadın Azərbaycanda sığınacağa yerləşdirilib
Keçən il bir məcburi əmək faktıyla əlaqədar cinayət işi başlanılıb
İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisə daxil olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər