İki ukraynalı qadın Azərbaycanda sığınacağa yerləşdirilib
Azərbaycanda sığınacaqda yerləşdirilən Ukrayna vətəndaşı olan iki qadının doğum haqqında şəhadətnamələri yoxdur.
Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nın müzakirəsində Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov deyib.
Həzi Aslanov bildirib ki, ötən illər ərzində sığınacaqlara 350 nəfərdən çox qurban yerləşdirilib: “Orada insanlar olub ki, 4 il yaşayıb. Məcburi əməklə bağlı iki xanımın sənədi yoxdur. Ukrayna vətəndaşı olan bu xanımların yaşadığı yeri artıq Rusiya tutub və biz bu xanımların doğum haqqında şəhadətnamələrini əldə edə bilməmişik. Belə taleyi sınmış insanlar var. Son vaxtlar sığınacaqlar maliyyə problemləri ilə üzləşir”.
Oxşar xəbərlər
İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisə daxil olub
Ötən il 11 insan alverçisi haqqında məhkəmədə ittihamedici hökmlər çıxarılıb
MM-də İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı təqdim edilir
İnsan alverinə qarşı yeni Milli Fəaliyyət Planının layihəsi rəy verilməsi üçün aidiyyəti qurumlara göndərilib - YENİLƏNİB
Azərbaycan vətəndaşlarının hansı ölkələrdə insan alverinin qurbanı olduqları açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
-
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
