Xüsusi nümayəndə: Ağdam şəhərində 10 minə yaxın insan yaşayır
sizinxeber.az xəbər saytı

Xüsusi nümayəndə: Ağdam şəhərində 10 minə yaxın insan yaşayır


“Ağdamın üç kəndinə köç başlayıb. Ağdam şəhərinə köç olmasa belə şəhər ərazisində 10 minə yaxın əhali yaşayır".

APA xəbər verir ki, bunu bu gün Baş Prokurorluğun təşkilatçılığı ilə Ağdam şəhərində keçirilən konfransda çıxış edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

O, həmçinin ərazilərdə aparılan minatəmizləmə işləri ilə bağlı məlumat verib: "Ağdam rayonunun 51,24, Füzuli rayonunun 67,76, Xocavənd rayonunun isə 7,56 faiz hissəsi minalardan təmizlənib. Bundan başqa, bir sıra infrastruktur layihələri həyata keçirilib. Ümümi uzunluğu 593,7 kilometr olan 16 avtomobil yolu, ümumi uzunluğu 47,1 kilometr olan dəmiryol xətti, son səkkiz ay içində bir beynəlxalq hava limanı, 8 yarımstansiya, 4 su anbarı və 6 su kanalı, o cümlədən magistral qaz xətti inşa olunub".

Oxşar xəbərlər

İlin sonuna qədər Ağdamın üç kəndinə köç baş tutacaq
Emin Hüseynov: Füzuli və Ağdamda yeni məktəb və bağçanın inşası aparılır
Füzulidə Zəfər Günü ilə bağlı konsert keçirilib - FOTO
Gələn ilin sonuna qədər Ağdama 20 min əhali köçürüləcək
Baş Prokurorluq Ağdamda regional konfrans keçirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər