sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Gələn ilin sonuna qədər Ağdama 20 min əhali köçürüləcək
2026-ci ilin sonuna qədər Ağdama 20 min əhali köçürüləcək.
Sizinxeber.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə layihələndirilmə işləri yekunlaşır, gələn ilin sonuna qədər dövlət proqramına daxil olan layihələr başa çatacaq.
“Bu il Ağdam şəhərinə və ətrafında üç kəndinə on minə yaxın əhali köçürülməsi nəzərdə tutulub. 2026-ci ilin sonuna qədər isə 20 min əhalinin köçürülməsi nəzərdə tutulub”, - Emin Hüseynov əlavə edib.
Oxşar xəbərlər
İlin sonuna qədər Ağdamın üç kəndinə köç baş tutacaq
Ağdam şəhərində 5 məhəllənin salınması nəzərdə tutulub
Vüqar Bayramov: 2026-cı ilin sonuna qədər 140 min vətəndaşımız azad edilmiş ərazilərdə məskunlaşacaq
Prezidentin xüsusi nümayəndəsi: Azad edilmiş ərazilərdə torpaq islahatı ilə bağlı xüsusi işçi qrupu yaradılıb
MM üzvü: 2026-cı ilin sonuna qədər azad olunmuş ərazilərdə 140 min sakin məskunlaşacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













